Milli Komunikasiyalar Komisiyası "Rustavi-2" ilə bağlı bəyanat yayır
Gürcüstanın Milli Komunikasiyalar Komisiyası “Rustavi-2” teleşirkəti ilə bağlı bəyanat yayır.
Bəyanatda deyilir ki, tərkibində nifrət dilininin, antidövlət və zorakılığın provokasiyasının olduğu bəyanatlar ölkə və vətəndaşlar üçün ciddi təhlükədir və “Rustavi-2-də” baş verənlərin söz azadlığına heç bir aidiyyatı yoxdur.
Xatırladaq ki, “Rustavi-2” kanalının “Postskriptum” verlişinin aparıcısı Giorgi Qabunia birbaşa efirdə, Rusiya prezidenti Vladimer Putinə ağıza alınmaz söyünclərlə söydü.
Daha sonra, aparıcının hərəkətinə görə, kanal bəyanat verdi və üzr istədi.