Milli İmtahanlar Mərkəzi vahid milli imtahanların apellyasiya şikayətlərinin nəticələrini dərc edib
Milli İmtahanlar Mərkəzi vahid milli imtahanların apellyasiya şikayətlərinin nəticələrini dərc edib

 
Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi vahid milli imtahanların apellyasiya şikayətlərinin nəticələrini dərc edir. Abituriyentlər öz nəticələrinin olduğu səhifədə bərabərləşdirilmiş və ölçəklənmiş balları da görəcəklər.

Milli İmtahanlar Mərkəzindən açıqlandığı üzrə, nəticələrin apellyasiya şikayəti ilə bağlı yaradılmış fənn komissiyasının qərarı apellyasiya nəticələrinin dərc edilməsindən bir ay ərzində Tbilisi Şəhər Məhkəməsinə şikayət edilə bilər.

“Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi imtahan verənlərin nəzərinə çatdırır ki, birdən çox variant olan fənnlər üzrə xam ballar bərabərləşdirilir, nəticədə bərabərləşdirilmiş balı da minimum həddən yuxarı olan abituriyent müsabiqədə iştirakını davam etdirir.

Mərkəz abituriyentlərdən təhsil proqramlarının reytinq siyahısına dəyişikliklərin edilməsi müddətinin avqustun 30-da saat 18:00-da başa çatdığını nəzərə almağı xahiş edir”-deyə Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzindən bildiriblər.