Milli İmtahan Mərkəzi riyaziyyat imtahanının ilkin nəticələrini dərc edib
Milli İmtahan Mərkəzi riyaziyyat imtahanının ilkin nəticələrini dərc edib

Qiymətləndirmə və Milli İmtahan Mərkəzi abiturientlərin yazı işlərini və balları dərc etməyə davam edir. Bu gün riyaziyyat imtahanının ilkin nəticələri dərc olunub.

Abiturient öz nəticəsini öyrənmək üçün online.naec.ge saytına daxil olmalı, müvafiq sahəyə şəxsi nömrəsini və beşrəqəmli parolunu daxil etməlidir.

İmtahan verən şəxs, şəxsi səhifəsində öz yazılı işinin surətini və konkret fənn üzrə aldığı ilkin balı görmək imkanına malik olacaq. Vahid Milli İmtahanların yekun nəticələri iddialara baxıldıqdan, balların bərabərləşdirilməsindən və ölçəkləmədən sonra dərc olunacaq.

Riyaziyyat imtahanı testinin maksimal balı 51-dir. Balların bərabərləşdirilməsindən sonra abiturient tərəfindən toplanmış bal  bu fənn üçün müəyyən edilmiş maksimal balın 20%-dən çox olacağı təqdirdə, abiturient bu fənn üzrə imtahanı keçmiş hesab ediləcək.