Milli İcra Bürosu Dadiani küçəsində Kakiaşvili ailəsinin köçürülməsini təxirə salıb
Milli İcra Bürosu Tbilisidə,Tsotne Dadiani küçəsində Kakiaşvili ailəsinin köçürülməsini təxirə salıb. Bu barədə məlumatı Milli İcra Bürosunun mətbuat xidməti təsdiqləyib.
Qurumdan qeyd etdikləri kimi, problemin həlli üçün ailəyə əlavə müddət verilib.
“Milli İcra Bürosu ailənin sosial cəhətdən həssas olduğu, eləcə onların ailəsində iki azyaşlı uşaq olduğu üçün və onların maraqlarını nəzərə alaraq bugünkü prosesi təxirə salmaq qərarını verib və ailəyə danışıqlar üçün əlavə müddət verilib” – deyə Milli İcra Bürosunun ictimaiyyətlə əlaqələr üzrə meneceri Paata Şamuqia açıqlayıb.
Ailənin qonşuları və tərəfdarları Tsotne Dadiani küçəsindədirlər. Onlar həyəti barrikadalarla hasarlamışdılar.