“Milli Hərəkat”la “Lelo” arasında Rustavi majoritar deputat namizədi ilə bağlı məsləhətləşmələr aparılacaq
“Milli Hərəkat”la “Lelo” arasında Rustavi majoritar deputat namizədi ilə bağlı məsləhətləşmələr aparılacaq

Rustavi majoritar deputat namizədi ilə bağlı Milli Hərəkatla Lelo arasında məsləhətləşmələr aparılacaq.

Vahid Milli Hərəkat Partiyasının üzvü Xatia Dekanoidzenin jurnalistlərə verdiyi məlumata görə, son qərar müxalifət partiyaları, xüsusilə Lelo ilə qarşılıqlı razılaşma əsasında veriləcək.

“Bu gün görüşümüz olacaq. Partiyada da müzakirələr gedir. Bilirsiniz ki, Davit Kirkitadze Rustavidə müxalifət cəbhəsində mühüm fiqurdur və biz onun fikirlərini nəzərə almalıyıq. Məsləhətləşmələr bitdikdən sonra açıqlama verəcəyik”, – Dekanoidze bildirib.

Xatia Dekanoidze qeyd edir ki, Badri Caparidze mandatdan məhrum edilən zaman ona qarşı parlament ədalətsiz davranıb.

“Mübarizəni davam etdirmək və müxalifətin bu mübarizədə vahid cəbhə nümayiş etdirməsi vacibdir. Ona görə də hesab edirəm ki, razılaşdırılmış hərəkətlər lazımdır”, – Dekanoidze əlavə edib.

Məlumat üçün bildirək ki, parlament dünən keçirilən səsvermə nəticəsində “Lelo”nun liderlərindən biri Badri Caparidzenin mandatına xitam verib. Badri Caparidzenin deputat mandatına xitam verilməsi məsələsinin müzakirəsinə səbəb məhkəmənin təqsirli qərarı olub. Mandatına xitam verildikdən sonra “Lelo” Badri Caparidzenin təkrar seçkilərdə Rustavidə majoritar namizəd kimi irəli sürüləcəyini bəyan edib.