"Milli Hərəkatın" üzvü Besik Katamadze Buknari kəndində baş verən insindentlə bağlı dindirildi
“Milli Hərəkatın” üzvü Besik Katamadze Çoxataruri munisipalitetinin Buknari kəndində baş verən insindentlə bağlı polis şöbəsində dindirildi.
Onu hüquqmühafizəçilər Buknari kəndindən, majoritar deputat Vasil Çiqoqidze ilə münaqişədən sonra şöbəyə apardılar.
“Yeddi saatdır sorğulamadayam. Verdiyim ifadələrlə bağlı bir qərar verə bilmirlər. Real olaraq, problem Çiqoqidzenin hərəkətlərinə görə yarandı. Mən ondan Buknari əhalisindən üzr istəməsini tələb etdim. Səs yığmaq üçün insanlara yalan deməməli idi və xristian və müsəlman qonşuları bir-biri ilə düşman etməməli idi. Onun qeyri-müəyyən vədlərinə görə, kənddə əhali arasında qarşıdurma yarandı” – deyir “Milli Hərəkatın” üzvü Besik Katamadze.
Majoritar deputat Vasil Çiqoqidze isə, Katamadzenin ittihamlarını yalan və böhtan adlandırır.
O bəyan edir ki, Buknari əhalisinə məscidin tikilməsi ilə bağlı vədlər verməyib.