"Milli Hərəkatın" üzvləri Nika Meliayı dəstəkləmək üçün Respublika meydanından Rustavi həbsxanasına qədər avtokolona ilə yürüyüş aksiyası keçirdilər
"Milli Hərəkatın" üzvləri Nika Meliayı dəstəkləmək üçün Respublika meydanından Rustavi həbsxanasına qədər avtokolona ilə yürüyüş aksiyası keçirdilər

“Milli Hərəkatın” üzvləri Nika Meliayı dəstəkləmək üçün Respublika meydanından Rustavi həbsxanasına qədər avtokolona ilə yürüyüş aksiyası keçirdilər.

Aksiya iştirakçılarının bəyanatına görə, bu günki aksiyanın məqsədi Nika Melianın qeyri-qanuni məhbusluğunu etiraz etmək və ona dəstək verməkdir.

“Milli Hərəkatın” üzvlərinin dediyinə görə, Melia girov ödəməyi düşünmür və onlar tələb edirlər ki, Nika Melia həbsxanadan şərtsiz azad edilsin.

“Təəssüf ki, iqtidar Nika Meliayı azad etmək istəmir və “amnistiya qanunundan söhbət gedir”. Biz qeyd olunan qanunun işlənilməsində iştirak etmirik, çünki bizim tələbəmizdir ki, Nika Melia azad olunana qədər biz iqtidarla danışıqlar aparmayacağıq.  Mübarizəmiz sonuna qədər davam edəcək. İqtidarın istədiyi şərtlərlərlə və şəraitdə Nika Melia həbsdən çıxmayacaq”, – dedi partiyanın üzvü Zaala Udumaşvili.