"Milli Hərəkat"ın təşkilatçılığı ilə Hökumət Administrasiyasının binası yaxınlığında aksiya keçirilir

 

“Milli Hərəkat”ın üzvləri Gürcüstanın Hökumət Administrasiyasının binası yaxınlığında aksiya keçirirlər.

Aksiya iştirakçıları Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin xaricə müalicə üçün köçürülməsini tələb edirlər.

“Milli Hərəkat”ın sədri Levan Xabeişvilinin qeyd etdiyi kimi, indi birlik zamanıdır və aksiyalar daimi forma alacaq.

“Bu insanların olduqları hər yerdə etirazlar olacaq və bu vaxta qədər müxtəlif yerlərdə dinc, şən şəkildə keçirdikləri görüşlər, brifinqlər bundan sonra belə olmayacaq. Bidzina İvanişvilinin, o cümlədən Ğaribaşvilinin, Breqadzenin evi yaxınlığında, müxtəlif dövlət qurumlarının, o cümlədən müxtəlif şəhər və rayonlarda polis kordonu, barrikadalar və xüsusi təyinatlılarla yatmalı və oyanmalı olacaq. Mən hamını, müxaliflərin bir-birinə çamur atmasına son qoymağa çağırıram, indi güc birlikdədir. Qarşıda bizi əsas mübarizə gözləyir, xal qazanmaq xatirinə bir-biri haqqında acı danışmağa hər yerdə son qoyulmalıdır. Acı məğlubiyyət mövqeyindən danışmaq, sonra çamur atmaq, indi bunun vaxtı deyil. İndi birlik vaxtıdır, istənilən müxalifətçi gələ bilər”- deyə Xabeişvili açıqlayıb.

Bununla yanaşı, “Qanun və Ədalət” partiyasının lideri Tako Çarkviani də aksiyadadır. O, Tbilisi Şəhər Məhkəməsinin Mixeil Saakaşvili ilə bağlı qərarının fəlakətli səhv olduğunu bildirib.

“Bu, fəlakətli səhvdir, mən yas sahibi bir insan kimi danışıram. Bu, Gürcüstan tarixində böyük səhvdir. Mən buna dərindən əminəm, təxirə salıb onu çıxarmalıdırlar” -deyə Tako Çarkviani açıqlayıb.