“Milli Hərəkat” partiyasının sədrliyinə namizədlərin qeydiyyata alınması müddəti başa çatıb.
Nika Melia, Levan Xabeişvili, Qiorqi Mumladze və keçmiş partiya üzvü Nona Mamulaşvili bu gün rəsmi olaraq namizəd kimi qeydiyyatdan keçiblər.
Yanvarın 28-29-u “Milli Hərəkat” partiyasının sədr seçkilərinin keçiriləcəyi tarix kimi müəyyən edilib. Tarixlə bağlı qərar partiya üzvləri tərəfindən siyasi şuranın dekabrın 11-də keçirilən iclasında qəbul edilib. Partiya sədrinin seçkiləri blokçeyn sistemi ilə keçiriləcək.