"Milli Hərəkatın" sədrliyinə namizəd olaraq Nika Meliya və Levan Varşalomidze adlandırıldılar
“Milli Hərəkatın” sədrliyinə namizəd olaraq Nika Meliya və Levan Varşalomidze adlandırıldılar. Namizədlərin adlandırılması barəsində qərarı partiyanın siyasi şurasının qapalı səsverməsi nəticəsində qəbul etdilər.
Təqdim olunan namizədlərdən birini partiyanın qurultayında seçəcəklər.
“Yaxın günlərdə, güman edildiyinə görə, ayın sonunda partiyanın qurultayı keçiriləcək. Burada “Milli Hərəkatın” yeni sədri seçiləcək. Seçkilərdə on minlərcə bizim tərəfdarımız, partiyanın üzvü iştirak edəcək və bu elektron şəklində baş verəcək. Bizim hər bir tərəfdarımızın imkanı olacaq ki, onun üçün arzu olunan namizədi elektron şəkildə dəstəkləsin. Sədrin seçilməsi bu formada ilk dəfə baş verir. Siyasi şurada bir neçə namizəd səsləndirildi və yekunda iki namizəd aşkar edildi. Bunlar Nika Meliya və Levan Varşalomidzedir”, – Zaal Udumaşvili bəyan etdi.