"Milli Hərəkat"ın nümayəndələri "Gürcü Arzusu"nun ofisinin yaxınlığında aksiya keçirirlər
“Milli Hərəkat”ın nümayəndələri “Gürcü Arzusu”nun ofisinin yaxınlığında aksiya keçirirlər. Aksiya iştirakçıları “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin Ukraynada davam edən müharibə ilə bağlı verdiyi bəyanatlara etiraz etdiklərini bildiriblər.
Onların qiymətləndirməsinə görə, İrakli Kobaxidzenin verdiyi bəyanatlar rus maraqlarına xidmət edir.
“Əsas mesaj ondan ibarətdir ki, Mdinaradze halında olduğu kimi hər yerdə istər yaşayış evləri, istər iş yerləri və s.-də “Gürcü Arzusu”nu tapaq, dövlət əleyhinə və rus bəyanatlarına görə cavab verdirək. Onlar xain iqtidarın çox yaxında bitəcəyini hiss etməlidirlər. Hər yerə gedəcəyik. Bu proses yekunda ölkəyə qələbə gətirməli olan böyük və genişmiqyaslı, mütəşəkkil aksiyaya, etiraza hazırlıqdır. Bu qələbə Mişanın azadlığa buraxılması, rus rejiminin məğlubiyyəti olacaq” – deyə Qiorqi Mumladze qeyd edib.