"Milli Hərəkat"ın deputatları Davit Kirkitadze, Ana Tsitlidze və Abdula İsmayılov aclıq elan edirlər
"Milli Hərəkat"ın deputatları Davit Kirkitadze, Ana Tsitlidze və Abdula İsmayılov aclıq elan edirlər

 

“Milli Hərəkat”ın deputatları Davit Kirkitadze, Ana Tsitlidze və Abdula İsmayılov aclıq aksiyasına başlayırlar.

Bu barədə bir neçə dəqiqə əvvəl Davit Kirkitadze brifinqdə açıqlama verib.

Davit Kirkitadze bildirib ki, : “Mixeil Saakaşvilinin sağlamlığının təmin olunacağı ölkəyə köçürülənə qədər aclıq elan edirlər”.

O, sözügedən siyasi aktla bağlı fraksiya daxilində fikir ayrılığı olduğunu bildirib.

“Gürcüstan hakimiyyətinin yaydığı kadrlarla, biz hamımız Gürcüstan hakimiyyətinin ölkənin üçüncü prezidentini ölümə sürükləmək üçün nələr etdiyinə şahid olduq, təbii ki, heç bir vətəndaş biganə qalmadı və biz, Gürcüstan prezidentinin dostları və yoldaşları bütün bunlara biganə qala bilməzdik və qalmayacağıq da. Bu gün mən və dostlarım fraksiyadakı fikir ayrılıqlarına baxmayaraq, qərara gəldik ki, Mixeil Saakaşvili onun sağlamlığının təmin olunacağı ölkəyə köçürülənə qədər aclıq aksiyası keçirəcəyik. Bu siyasi aktla bağlı fraksiya daxilində fikir ayrılığı var idi, lakin biz bu qərarı verdik. Mən dərindən əminəm ki, bu siyasi akt istər parlamentin divarları daxilində, istərsə də parlamentin divarları xaricində daha da güclənəcək. Mən dərindən əminəm ki, cəmiyyətimizdə kifayət qədər insanlıq, humanizm qorunub saxlanılıb və biz birlikdə Gürcüstanın üçüncü prezidentinin ölkəmizdə ölümünə imkan verməməli, ikinci dəfə bu əməldə şərik olmamalıyıq. Bunun üçün hər şeyi etməyə hazırıq. Bu siyasi akt həm burada, həm də parlamentin divarlarından kənarda da olacaq”–deyə Davit Kirkitadze açıqlayıb.