"Milli Hərəkat"ın deputatları Batumi Sakrebulosunun iclaslarına boykot elan ediblər
"Milli Hərəkat"ın deputatları Batumi Sakrebulosunun iclaslarına boykot elan ediblər

 

“Milli Hərəkat”ın deputatları Batumi Sakrebulosunun iclaslarına boykot elan ediblər. Deputatlar səbəb kimi Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini göstərir və küçə aksiyaları elan edirlər.

“Bu gün bu ölkədə “Gürcü Arzusu” demokratiyanı dəfn edir, Avropa yolumuzu məhdudlaşdırır. Üstəlik, Gürcüstanın üçüncü prezidentini də qətlə yetirir. Sakrebulo və Ali Şurada “Gürcü Arzusu”nun üzvləri ilə oturmaq Bidzina İvanişvili ilə birbaşa sövdələşmə mənasına gəlir. Bidzina İvanişvilinin yaratdığı, Avropa gələcəyimizi məhv edən çürük sistem məhv edilməlidir. Bundan irəli gələrək, Avropa gələcəyinə yeganə yol azadlıqdan və hər birimizin səsini çıxarmasında keçir. Biz burada oturmaq və “Gürcü Arzusu”nun yanında olmaq niyyətində deyilik, çünki onlar Gürcüstanın üçüncü prezidentini qətlə yetirirlər. Bu səbəbdən etiraz küçədə davam etdirilməlidir. Hakimiyyəti əbədiyyətə göndərməliyik” – deyə Sakrebulonun “Milli Hərəkat”-dan olan üzvü Rezo Xarazi açıqlayıb.

Hakim komandada isə “Milli Hərəkat”ın qərarını məsuliyyətsizlik və sabitliyin pozulmasına yönəlmiş növbəti uğursuz cəhd kimi qiymətləndiriblər.

“Bu, vacib sənədi -misli görünməmiş 285 milyon dollarlıq büdcəni qəbul etməyi gözləyən şəhərə yönəlik məsuliyyətsiz, zərərli münasibətdir. Buna səbəb heç bir proqrama irad tuta bilməmələridir. Onların destruktiv fəaliyyəti davam edir, artıq neçənci dəfədir ki, belə tamaşalar hazırlayırlar. Cəmiyyət yorulub, hətta fikir belə vermir”- deyə Batumi Munisipalitetinin Sakrebulosunun “Gürcü Arzusu”ndan olan üzvü Tenqiz Apxazava açıqlayıb.

Məlumat üçün bildirək ki, bunadək Acara Ali Şurasının “Milli Hərəkat”dan olan altı deputatı Acara Ali Şurasının iclaslarına boykot elan etdiklərini açıqlayıblar. Onlar bildiriblər ki, nə qədər ki, Mixeil Saakaşvilinin həyatı təhlükədədir, onlar hakimiyyətlə yanaşı oturmaq niyyətində deyillər və proseslər küçəyə keçəcək.