“Milli Hərəkat”ın deputatları Acara Ali Şurasının iclaslarına boykot elan edirlər
“Milli Hərəkat”ın deputatları Acara Ali Şurasının iclaslarına boykot elan edirlər

 
Acara Ali Şurasının “Milli Hərəkat”dan olan 6 deputatı boykot rejiminə keçir və iclaslarda iştirak etməyəcək.

Müxalifət nümayəndələri bu gün brifinq keçirərək qeyd ediblər ki, Mixeil Saakaşvilinin həyatı təhlükədə olduğu müddətcə, onlar hakimiyyətlə yanaşı oturmaq niyyətində deyillər və proseslər küçələrə keçəcək.

“Rus oliqarx Bidzina İvanişvilinin göstərişi ilə hakimiyyətin Mixeil Saakaşvilini işgəncə ilə öldürməsilə hər gün ölüm cəzasının xronikasını izləyirik. Hakimiyyət Avrointeqrasiya məqsədlərinə çatmaq üçün konkret islahatların həyata keçirilməsi ilə məşğul olmalı olduğu halda, məqsədyönlü şəkildə qisas almaq və Avropanın qapısını üzümüzə bağlamaq üçün siyasi qisaslar həyata keçirir. Üstəlik, hakimiyyət nümayəndələri açıq şəkildə bildirirlər ki, namizəd statusu almaq onların marağında deyil. Eyni zamanda avtokratik hakimiyyətin möhkəmlənməsi və Rusiyaya qapıların açılması sürətlə gedir. Məhz bu səbəbdən belə bir hakimiyyətin, hər gün dövlət əleyhinə fəaliyyətlə, ölkənin üçüncü prezidentini ölümlə cəzalandırmaqla məşğul olan hakimiyyətin yanında oturmağın yolverilməz olduğunu hesab edirik. Mixeil Saakaşvilinin xilas olması və sağlamlığının qorunması labüddür. Məhz bu səbəbdən kabinetlərimizdən ölüm cəzasını izləmək niyyətində deyilik və onu rus əsirliyindən azad etmək üçün mübarizə aparacağıq” – deyə Acara Ali Şurasının deputatı Elquca Baqrationi açıqlayıb.

Acara Ali Şurasında bu gün gələn ilin büdcəsini müzakirə edəcəklər.