“Milli Hərəkat”ın açıqlamasına görə, partiyanın mərkəzi ofisinə hücum edilib
“Vahid Milli Hərəkat”ın açıqlamasına görə, ötən gecə partiyanın mərkəzi ofisinə hücum edilib.
“İvanişvilinin rus rejiminin “tituşkaları” “Vahid Milli Hərəkat”ın mərkəzi ofisinə hücum edib.
Yüzə yaxın hücumçunun iştirak etdiyi vandal hücumu yarım saatdan çox davam edib. Ofisin fasadı zədələnib, şüşələri sındırılıb, partiyanın inventarına ziyan dəyib.
Bu, “Vahid Milli Hərəkat”a Gürcüstanın maraqlarını qoruduğuna və gürcü xalqının yanında olduğuna görə sonu yaxın olan hakimiyyətin cavabıdır. İvanişvili rejiminin panik hərəkətləri və onlar tərəfindən təşkil edilən zorakılıq, tezliklə, gürcü xalqının sarsılmaz iradəsi ilə mütləq bitəcək! Gürcüstan heç vaxt Rusiya olmayacaq! İvanişvilinin rejimi mütləq sona çatacaq!”, – bəyanatda deyilib.
Partiyanın sədri Levan Xabeişvilinin sosial şəbəkədə verdiyi açıqlamaya görə, mərkəzi ofisə hücum polis və DTX ilə birlikdə planlaşdırılmışdı.
“Polis bir saat sonra gəldi. Bu, polis və DTX ilə birlikdə planlaşdırılmış əməliyyat idi. Dünən hücumlar həyata keçirdilər və müvafiq olaraq, eyni şeyi etməmələri üçün bu gün ofisdə çox insan olub. Bu polislə birlikdə təşkil olunur və polis reaksiya vermir, buna görə də çox insan qalmışdı, o cümlədən mən də varam 14 yaşlı yeniyetmə övladımla birlikdə. Ofisə daşlarla faktiki olaraq 30-40 nəfər daxil oldu. Bu xalqı kameralar təsbit edib. Onlar ofisə daxil olaraq bu insanlara fiziki tətbiq göstərməyə çalışırdılar, təbii ki, buna nail ola bilmədilər. Onların işi elə asan deyildi, amma hər halda, bu, onların istəyi idi”, – Xabeişvili bildirib.