"Milli Hərəkat"ın Acara təşkilatında Nika Melianın tərəfdarları Levan Xabeişvilinin sədrlikdən uzaqlaşdırılması prosedurlarının başladılması gərəkdiyini bildirirlər
“Milli Hərəkat”ın Acara təşkilatında Nika Melianın tərəfdarları Levan Xabeişvilinin “Milli Hərəkat”ın sədrliyindən uzaqlaşdırılması prosedurlarının başladılması gərəkdiyini bildirirlər.
Nika Melianın tərəfdarları Batumi sakrebulosundan çıxan “Milli Hərəkat”ın deputatı Laşa Kilaberianın partiya siyahısının növbəti nömrəsi ilə əvəz olunması gərəkdiyini, lakin Xabeişvilinin özbaşına siyahını dəyişərək dörd nəfəri – Levan Qorqiladze, Eliza Epadze, Roin Dvali və Şorena Abaşidzeni siyahıdan çıxardığını bildiriblər.
“Siyahı seçkiqabağı kampaniyada aktiv iştirak edən və rus rejiminə qarşı mübarizə aparan şəxslərdən təşkil olunmuşdu. Partiya sədrimizin vacib partiya işləri ilə məşğul olmaq əvəzinə, həmin şəxsləri siyahıdan silməsi bizi təəccübləndirir. Fikrimcə, “Milli Hərəkat” belə bir sədrə layiq deyil” -deyə “Milli Hərəkat”ın Batumi təşkilatının sabiq sədri Qiorqi Kirtadze açıqlayıb.
“Milli Hərəkat” fraksiyasının sədri Nodar Dumbadze Xabeişvilinin partiyanın sədri olmaması gərəkdiyini deyib.
“Levan Xabeişvili partiyanın sədri olmamalıdır. Bütün bunlar məni sakrebuloda “Milli Hərəkat” fraksiyasının sədrliyindən uzaqlaşdırmaq üçün edilir, hərçənd istefa vermək niyətində deyiləm. Xabeişvili “Gürcü Arzusu”nun etdiklərini edir.Xabeişvilinin vəzifəsindən kənarlaşdırılması prosedurlarına başlanılmalıdır”-deyə Batumi sakrebulosunun “Milli Hərəkat” fraksiyasının sədri Nodar Dumbadze bildirib.
Bununla yanaşı, siyahıdan çıxarılan şəxslər seçkilərdə Melianı dəstəklədikləri üçün Xabeişvili üçün qəbuledilməz olduqlarını deyirlər.
“Nika Meliyanı dəstəklədiyimə görə məni siyahıdan çıxardı. Meliyanı dəstəkləyən dörd nəfəri siyahıdan çıxarıb”-deyə sakrebulonu tərk edən deputat Laşa Kilaberianı əvəz etməli olan Levan Qorqiladze açıqlayıb.