“Milli Hərəkat”da Levan Xabeişvilinin şiddətli şəkildə döyüldüyünü bildirirlər
“Milli Hərəkat”da Levan Xabeişvilinin şiddətli şəkildə döyüldüyünü bildirirlər

“Milli Hərəkat”da bildirirlər ki, onların sədri Levan Xabeişvili şiddətli şəkildə döyülüb və İnqoroğva klinikasına yerləşdirilib.

Partiya sosial şəbəkədə Levan Xabeişvilinin videogörüntüsünü yayımlayır və o, orada mübarizənin davam etdirilməli olduğunu deyir.

“Heç bir yerim ağrımır. Başımın, gözümün, bədənimin ağrısı da ötüb keçəcək və hər şey ötüb keçəcək. Putinistlərə qarşı mübarizə davam etməlidir”, – deyə Levan Xabeişvili bildirib.

Bundan əvvəl “Vahid Milli Hərəkat” partiyası təcili bəyanat yayıb və orada Levan Xabeişvilinin aksiyadan qaçırıldığı deyildi.