"Milli Hərəkat"da bildirlər ki, Baçuki Kardava da fraksiyasını tərk etdi
Baçuki Kardava da “Milli Hərəkat” parlament fraksiyasından çıxıb. “Milli Hərəkat” partiyasının üzvü Levan Bejaşvili Kardavanın fraksiyadan getdiyini təsdiqləyib.
Kardavanın fraksiyadan getməsi parlamentin plenar iclasında Ədliyyə Şurasının qeyri-hakim üzvlərinə səs verilməsi ilə bağlıdır.
Bundan əvvəl Nika Maçutadze, Nato və Rostom Çxeidzenin “Milli Hərəkat” fraksiyasını tərk etdikləri məlum olub. Maçutadze qərara səbəb kimi Ali Ədliyyə Şurasının üzvlərinə səsvermə zamanı baş vermiş “anlaşılmazlığı” göstərib. Onun sözlərinə görə, təqdim olunan namizədləri dəstəkləməmək barədə müxalifətdə olan qərar onlara bildirilməyib və bu səbəbdən səhv baş verib.
Ali Ədliyyə Şurasının üzvlərinin seçilməsinə kimin səs verdiyi məlum olduqdan sonra “Milli Hərəkat” fraksiyasının üzvlərinin iclası keçirilib.
İclasdan sonra Ana Tsitlidzenin dediyinə əsasən, o, bu gün Ədliyyə Şurasının üzvlərinin seçilməsinə dəstək verən deputatların yerini “Milli Hərəkat”da görmür.