"Milli Hərəkat"da bildiriblər ki, həkimlər Davit Kirkitadzeyə aclıq aksiyasını davam etdirməyi tövsiyə etmirlər
"Milli Hərəkat"da bildiriblər ki, həkimlər Davit Kirkitadzeyə aclıq aksiyasını davam etdirməyi tövsiyə etmirlər

 

“Milli Hərəkat”ın üzvü Davit Kirkitadze klinikada həkimlərin nəzarəti altındadır. Bu barədə “Milli Hərəkat”ın üzvü Temur Canaşia məlumat verib.

O bildirib ki, səhhətinin pisləşməsi səbəbilə həkimlər Kirkitadzeyə bundan sonra aclıq aksiyasını davam etdirməyi tövsiyə etməyəcəklər.

“Dato dünən transfer olundu. O, xəstəxanada, həkimlərin nəzarəti altındadır. Onun kardioqrammasında dəyişikliklər olub və bu səbəbdən xəstəxanadan kardiologiya klinikasına köçürülüb. Müalicə edirlər, görək sonda hansı nəticə əldə edəcəyik”- deyə Canaşia açıqlayıb.

“Milli Hərəkat”ın üzvləri Ani Tsitlidze və Temur Canaşia Mixeil Saakaşvilinin müalicə üçün xaricə aparılmasını tələb edərək doqquzuncu gündür aclıq aksiyasını davam etdirirlər. Tsitlidze tələb yerinə yetirilənə qədər etirazın bu ekstremal formasını dayandırmayacağını bildirib.

“Məni ən çox dostlarımın səhhəti narahat edir. Kirkitadzenin vəziyyəti o qədər ağır idi ki, hətta dünən həkimlər aclıq aksiyasını davam etdirməyi tövsiyə etmədilər. Tezliklə sağalmasını arzu edirəm”- deyə Tsitlidze açıqlayıb.