“Milli Hərəkat” və “Quruculuq Strategiyası ” dəyişdirilmiş adla seçkilərdə iştirak edəcəklər
“Milli Hərəkat” və “Quruculuq Strategiyası ” yeni “Gürcüstanın xilası naminə birlik” siyasi platformasını təsis ediblər.
“Milli Hərəkat”ın sədri Tina Bokuçava partiyanın qurultayında bildirib ki, birlikdə Qiorqi Vaşadze və Sopo Caparidzedən başqa, həmçinin, Qia Caparidze, Laşa Bakradze, Tamar Kordzaia və Armaz Axvlediani də olacaq.
“Əgər bu mərhələdə başqa partiyalar birləşə bilmədilərsə, gəlin biz siyasətçilər, ictimai fəal şəxslər, vətəndaş təşkilatları və ən əsası bizə birliyin gücünü ən yaxşı şəkildə göstərən gənclərlə birləşək. Bizə qalib edəcək və bizə güc verən budur. İndi bizim borcumuz bu qələbəni sona çatdırmaqdır”, – deyə Bokuçava bildirib.
Yeni birlik seçkilərdə “Milli Hərəkat”ın seçki nömrəsi ilə iştirak edəcək.