"Milli Hərəkat" Şarl Mişelin təqdim etdiyi sənədə imza atmır
"Milli Hərəkat" Şarl Mişelin təqdim etdiyi sənədə imza atmır

“Milli Hərəkat” Avropa Şurası prezidenti, Şarl Mişel tərəfindən təqdim edilən sənədə imza atmır. Bu barədə partiyanın sədri, Nika Meliya siyasi şuranın iclasından sonra bəyan etdi.

Onun dediyinə görə, qeyd olunan sənəddə onun partiyasının razılaşmadığı maddə var.

“Biz qərar verdik ki, Avropa mediasiyası ilə təklif olunan sənədə imza atmayırıq, lakin Avropa İttifaqına böyük hörmətimizi ifadə etmək istəyirəm, şəxsən prezident Şarl Mişelə, Kristian Danielsona, ABŞ səfirinə və xüusilə Karl Hartselə. Bu razılaşmada konkret maddı var ki, bizim üçün qətiyyən qəbuledilməzdir və bunların hamısının nəzərə alınması ilə, bu sənədə imza ata bilmərik, halbuki başqa məsələlərlə bağlı biz tamamilə qoşulacağıq və mübarizə aparacağıq ki, “Gürcü Arzusu” tərəfindən olan bu zərərlik və bir neçə razılaşmanı pozdular, dayandıraq və imkan verməyək”, – Nika meliya bəyan etdi.

Məlumat üçün, “Milli Hərəkat” qanunvericilik fəaliyyətinə sabahdan qoşulacaq.