“Milli Hərəkat” prezident sarayının yaxınlığında Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya keçirir
“Milli Hərəkat” prezident sarayının yaxınlığında Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya keçirir

“Milli Hərəkat” prezident sarayının yaxınlığında aksiya keçirir.

Orbeliani sarayının yaxınlığında toplaşanlar Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb edirlər.

Aksiya iştirakçıları əraziyə üzərində “Qurucu Mixeilə azadlıq”, “Mişanı xilas edək” yazılmış plakatlar aparıblar.

Sopo Caparidze, Tsalencixanın meri Qia Xarçilava, İrakli Nadiradze və partiyanın digər nümayəndələri ərazidədirlər.

Bu gün “Milli Hərəkat” Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə toplanmış imzaları Prezident Administrasiyasına təhvil verəcək. Partiyada 150 000-dən 200 000-ə qədər imza topladıqlarını bildirirlər.