"Milli Hərəkat" partiyasının üzvləri diplomatiya korpusunun nümayəndələri ilə görüşürlər
“Milli Hərəkat”-ın ofisində diplomatiya korpusunun nümayəndələri ilə görüş keçirilir.
Partiyanın liderlərindən biri olan Nika Melianın bəyanatına görə, bugünki görüşdə Gürcüstanda baş verən siyasi, iqtisadi və təhlükəsizlik üzrə aktual məsələlər müzakirə edilir.
Bununla yanaşı, partiya üzvləri Mixeil Saakaşviliyə qarşı çıxardılan məhkəmə qərarını da müzakirə edirlər.
Melianın dediyinə görə, diplomatiya korpusu ilə əməkdaşlıq partiya üçün prioritetli məsələlərdən biridir.
Görüş başlayana qədər diplomatik korpusunun nümayəndələri medyaya şərh vermədilər.