"Milli Hərəkat" partiyasında "Quruculuq Strategiyası" ilə danışıqları təsdiqləyir və seçki ittifaqını istisna etmirlər
“Milli Hərəkat” partiyasında “Quruculuq Strategiyası” ilə danışıqların aktiv mərhələdə olduğunu təsdiqləyirlər. Bu barədə “Milli Hərəkat”ın üzvü İrakli Pavlenişvili açıqlama verib.
O, məsləhətləşmələrdən sonra bu iki siyasi qüvvənin hansı formada əməkdaşlıq edəcəyinin məlum olacağını bildirib.
“Hansı siyasi qüvvələrlə birləşəcəyimizi deyə bilmərəm, amma təsdiq edə bilərəm ki, “Quruculuq Strategiyası” ilə danışıqlar aktiv mərhələdədir. Ümumiyyətlə, biz daim strateji birliyi vurğulayırıq və bütün qərbyönlü, milli qüvvələri mühüm fundamental istiqamətlərdə birgə fəaliyyətə çağırırıq. Söhbət hansısa seçki siyahılarının birləşdirilməsindən yox, müxalifətin birliyindən gedir, məsələn, mesajın birgə işlənib hazırlandığı mart aksiyalarında olduğu kimi. “Quruculuq Strategiyası” ilə işə gəlincə, o cümlədən seçki ittifaqını istisna etmirik. Bütün söz-söhbətlər, eləcə də bəzi fikirlər kontekstdən kənardır, partiyada nə seçki siyahısı, nə də baş nazirliyə namizədlə bağlı heç bir məsələ qaldırılmayıb. “Quruculuq Strategiyası” ilə hansı əməkdaşlıq formatlarının seçiləcəyini, ictimaiyyət məsləhətləşmələr bitəndə biləcək”-deyə Pavlenişvili açıqlayıb.