"Milli Hərəkat" parlamentin vitse-spikeri vəzifəsinə Levan Bejaşvilinin namizədliyini irəli sürüb
“Milli Hərəkat” vitse-spiker vəzifəsinə Levan Bejaşvilinin namizədliyini irəli sürüb. Onuncu çağırış parlamentində müxalifət kvotalı vitse-spiker vəzifəsi parlament Levan İoselianini xalq müdafiəçisi seçdikdən sonra boş qalıb.
Levan Bejaşvilinin namizədliyi parlamentin bürosuna artıq təqdim olunub.
Namizədlik bu həftə gündəlikdəki səsvermə məsələlərinə əlavə olunacaq.