"Milli Hərəkat" Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə Tsalencixadan avtomobillərlə yürüşə başlayıb
"Milli Hərəkat" Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə Tsalencixadan avtomobillərlə yürüşə başlayıb

 
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə Tsalencixadan avtomobillərlə yürüş başlayıb. Bu barədə “Milli Hərəkat”ın mətbuat xidməti məlumat yayır.

Partiyadan verilmiş məlumata əsasən, “Mixeil Saakaşvilinin şəxsi nümayəndəsi Sopo Caparidze, Tsalencixa şəhərinin meri Qia Xarçilava və “Vahid Milli Hərəkat” parlament fraksiyasından deputat Temur Canaşia yüz min nəfərin imzası ilə Salome Zurabişvilinin administrasiyasına gələcək”.

“Yüz min insanın iradəsi imzalarla ifadə olunub, qalib Tsalencixadan Salome Zurabişvilinin administrasiyasına istiqamət seçir. Bu imzalarda Mixeil Saakaşvilinin kursu ilə tam razılaşan, indiki və gələcək dövlətin doqquz illik islahatlara, sosial-iqtisadi uğurlara söykəndiyini anlayan insanlar var. Müəyyən imtiyazlarla razılaşan və nəsə bir məqamda nəyinsə daha yaxşı ola biləcəyini düşünən insanlar var. Elə insanlar var ki, başqa partiyaların nümayəndəsidirlər, ancaq öz humanist və yüksək siyasi ruhu ilə dərk edirlər ki, Gürcüstanın üçüncü prezidenti azad olmalı və qarşıdan gələn seçkilərdə azad mühit olmalıdır. Dövlətçilik nöqteyi-nəzərdən düşünən insanlar var və onlar üçün üçüncü prezidentin pencəklərə görə həbsdə olmaması siyasətdən daha məqbuldur. Bu, insanların bir partiyalı deyil, Gürcüstan Prezidenti Salome Zurabişvilinin diqqət yetirməli olduğu və məntiqi siyasi proseslərə-prezident Mixeil Saakaşvilinin azad edilməsinə əsas yaratmalı olan vahid xalqın iradəsidir” – Qia Xarçilava açıqlayıb.

Temur Canaşia, Saakaşvilinin azad edilməsi tələbi ilə yüz min imza toplanıldığını bildirib.

“Ümid edirik ki, sonda xanım prezident layiqli addım atacaq, çünki bu gün bu addım ölkə, Avropa gələcəyi, ölkə iqtisadiyyatının dirçəlməsi, insanların ölkəyə qayıtması və Gürcüstanın yenidən dünyaya cəlbedici olması üçün lazımdır. Bu gün biz rəmzi yerdəyik, bu, Tsalencixadır, qalib Tsalencixadır, bu yer xalqın iradəsini yaxın tarixdən əvvəl ən yaxşı gördüyümüz yerdir və kim olmasından asılı olmayaraq, istər Salome Zurabişvili, istərsə də istənilən başqa hakimiyyət nümayəndəsi olsun, əlbətdə ki, xalqın iradəsinə tabe olacaq və xalqın iradəsi odur ki, ölkə bir yerdə dayana bilməz, ölkə inkişaf etməlidir, iqtisadiyyat irəli getməlidir və bunun üçün ölkə islahatlar yolu ilə irəliləməlidir, bunun üçün Mixeil Saakaşvilinin azadlığa buraxılması zəruridir”- Temur Canaşia açıqlayıb.