“Milli Hərəkat” konvoylarda etiraz aksiyası keçirir
“Milli Hərəkat” konvoylarda etiraz aksiyası keçirir.
Partiya üzvləri və tərəfdarları paytaxt küçələrində maşın konvoylarıyla yürüş edirlər. Etirazçılar üç fərqli yerdə toplaşıblar: Respublika meydanı, Kaxeti şossesi, Vahid Milli Hərəkat qərargahı və Mərkəzi Seçki Komissiyası.
Etirazçılar Mixeil Saakaşvilinin mülki klinikaya köçürülməsini və növbədənkənar seçkilərin təyin edilməsini tələb edirlər.
Onların sözlərinə görə, etirazlar tələblər yerinə yetirilənə qədər davam edəcək.