"Milli Hərəkat", "Quruculuq Strategiyası" və "Lelo" ombudsmanın seçilməsi ilə bağlı “Gürcü Arzusu”nun hazırladığı qanunvericiliyə düzəlişləri ikinci oxunuşda dəstəkləməyib
"Milli Hərəkat", "Quruculuq Strategiyası" və "Lelo" ombudsmanın seçilməsi ilə bağlı “Gürcü Arzusu”nun hazırladığı qanunvericiliyə düzəlişləri ikinci oxunuşda dəstəkləməyib

 
“Milli Hərəkat”, “Quruculuq Strategiyası” və “Lelo” ombudsmanın seçilməsi ilə bağlı “Gürcü Arzusu”nun hazırladığı qanunvericiliyə düzəlişləri ikinci oxunuşda dəstəkləməyib.

Dəyişikliklər bu gün keçirilən plenar iclasda ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsini müxalifətin bir hissəsi, o cümlədən müxalifətdən olan deputatlar – Mixeil Dauşvili, Aleko Elisaşvili, Avtandil Enukidze, Pridon İncia, Levan İoseliani, Tamar Kordzaia və Herman Sabo dəstəkləyib.

Üç müxalifət partiyası qərarlarına səbəb kimi ilk iclasda öz təklif və iradlarını səsləndirdiklərini, lakin “Gürcü Arzusu”nun bunu nəzərə almamasının göstərirlər. Dünən üç müxalifət partiyası qanun layihəsini birinci oxunuşda dəstəkləyib.