“Milli Hərəkat” fraksiyasında Darecan Tsxvitaria və onun müavininin passivliyə görə istefaya göndərildiyini bildirirlər
Poti sakrebulosunda “Milli Hərəkat” fraksiyasının sədr müavini Davit Xomeriki Darecan Tsxvitaria və Paata Çaqanavanın tutduqları vəzifələrdən uzaqlaşdırılması barədə qərarı onların fraksiyadakı passivliyinə və fraksiya iclaslarında iştirak etməmələrinə görə qəbul etdiklərini bildirib.
Davit Xomerikinin dediyi kimi, Darecan Tsxvitaria tez-tez komanda ilə razılaşmadan mövqe və bəyanatlarını açıqlayırmış.
“Sakrebulonun iclaslarında effektli olmaq üçün fraksiyada mütəşəkkil iş lazımdır və fraksiya sədrinin burada nə qədər rola malik olduğu hamıya aydındır. İki ildir ki, bu xanım fraksiya sədridir, ancaq bir gün belə olsun fraksiyada işləməyə vaxt edə bilməyib. Onun bir çox yanlış açıqlamalarından xəbərdarıq, amma səsimizi çıxarmamışıq. Biz bu xanımı iki ildir nəzərə alırıq, lakin onun fraksiya adından, fraksiyanın əksəriyyəti ilə razılaşdırılmamış açıqlama verməsindən sonra ona yazdıq, fraksiya iclası təyin etdik, bu mövzularla bağlı danışması üçün gəlməsini xahiş etdik, lakin bu halda da bizə məhəl qoyulmadı. Fraksiya toplandı və səs çoxluğu ilə dəyişikliklər edildi. Eyni şeyi onun müavini Paata Çaqanava haqqında da deyə bilərəm, subyektiv və ya obyektiv səbəblərdən o, fraksiyanın fəaliyyətində iştirak edə bilmirdi və eyni səbəbdən biz onu istefaya göndərdik”– Davit Xomeriki açıqlayıb.