"Milli Hərəkat" Daxili İşlər Nazirliyinin yanında aksiya keçirdi
"Milli Hərəkat" Daxili İşlər Nazirliyinin yanında aksiya keçirdi

“Milli Hərəkat” Daxili İşlər Nazirliyinin yanında aksiya-performans keçirdi.

Aksiya iştirakçıları bəyan edirlər ki, onlar Batumidə keçirlən aksiyaya həmrəyliklərini bildirirlər.

Aksiya iştirakçıları nazirliyin binasının qabağında qırmızı balonlar uçurtdudar.

Onların dediyinə görə, balonlar təhlükəli deyil və polis tərəfindən balonların buraxılmasının qadağan edilməsi absurddur.

” Bu iqtidarın qoyduğu məhdudiyyətlərə yeni məhdudiyyət də əlavə olundu və ictimaiyyətə deyirlər ki, artıq balon uçurtmaq qanunla qadağandır. Bir partiyalı parlament o qədər ilyuziyaya düşüb ki, artıq sonuna qədər diktatura istəyir.

Bizim bu aksiyamız mesajdır ki, burada heç bir diktaturaya yol verilməyəcək. Balon uçurtmaq istəyən, uçurdacaq. İqtidarı göndərmək istəyən, idtidarı da buraxacaq” – dedi “Milli Hərəkatın” siyasi şurasının üzvü Giorgi Mumladze.