Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi tarix imtahanlarının ilkin nəticələrini açıqlayıb
Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi tarix imtahanlarının ilkin nəticələrini açıqlayıb.
“Abituriyent öz nəticəsini öyrənmək üçün veb sayta daxil olmalı, müvafiq sahəyə isə şəxsi nömrəsini və beşrəqəmli şifrəni daxil etməlidir. İmtahan verənin öz səhifəsində öz yazı işinin surətini və konkret fənn üzrə topladığı ilkin, “xam” balı görmək imkanı olacaq.
Tarix fənni üzrə imtahan üçün maksimal bal 60-dır. Abituriyentlər konkret fənn üzrə müəyyən edilmiş maksimum balın 25%-dən çoxunu topladıqları halda bu fənləri keçmiş hesab olunacaqlar.
Bərabərləşdirmə nəticəsində ilkin balı minimum kompetensiya həddindən az olan, lakin ona yaxın olan abituriyentlərin həddi keçmək şansını qoruyub saxlaması vacibdir”, – Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzinin məlumatında deyilir.