Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi riyaziyyat imtahanlarının ilkin nəticələrini açıqlayıb
Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi riyaziyyat imtahanlarının ilkin nəticələrini açıqlayıb.
“Abituriyent öz nəticəsini öyrənmək üçün veb sayta daxil olmalı, müvafiq sahəyə isə şəxsi nömrəsini və beşrəqəmli şifrəni daxil etməlidir. İmtahan verənin öz səhifəsində öz yazı işinin surətini və konkret fənn üzrə topladığı ilkin, “xam” balı görmək imkanı olacaq. Vahid Milli İmtahanların yekun nəticələri iddialara baxıldıqdan, balların bərabərləşdirilməsindən sonra dərc olunacaq.
“Riyaziyyat testinin maksimal balı 51-dir. Balların bərabərləşdirilməsindən sonra abituriyent tərəfindən toplanmış bal bu fənn üçün müəyyən edilmiş maksimal balın 20%-dən çox olacağı təqdirdə, abituriyent bu fənn üzrə imtahanı keçmiş hesab ediləcək. Bərabərləşdirmə nəticəsində ilkin balı minimum kompetensiya həddindən az olan, lakin ona yaxın olan abituriyentlərin həddi keçmək şansını qoruyub saxlaması vacibdir.
Bütün imtahan nəticələri açıqlandıqdan sonra apellyasiya müraciətlərinə başlanılacaq. Müraciətlər elektron qaydada onlayn.naec.ge saytında qəbul edilir”, – Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzinin məlumatında deyilir.