Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi xarici dil imtahanlarının ilkin nəticələrini açıqlayıb
Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi xarici dil imtahanlarının ilkin nəticələrini açıqlayıb

Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi xarici dil (ingilis, alman, fransız, rus) imtahanlarının ilkin nəticələrini açıqlayıb.

Abituriyent öz nəticəsini öyrənmək üçün online.naec.ge saytına daxil olmalı, müvafiq sahədə şəxsi nömrəsini və beşrəqəmli parolunu göstərməlidir. İmtahan verənin öz səhifəsində öz yazı işinin surətini və konkret fənn üzrə topladığı ilkin, “xam” balı görmək imkanı olacaq. Vahid Milli İmtahanların yekun nəticələri iddialara baxıldıqdan, balların bərabərləşdirilməsindən  sonra dərc olunacaq.

“Xarici dil üzrə test imtahanının maksimal balı 70-dir.Balların bərabərləşdirilməsindən sonra abituriyent tərəfindən toplanmış bal bu fənn üçün müəyyən edilmiş maksimal balın 20%-dən çox olacağı təqdirdə, abituriyent bu fənn üzrə imtahanı keçmiş hesab ediləcək. Bərabərləşdirmə nəticəsində ilkin balı minimum kompetensiya həddindən az olan, lakin ona yaxın olan abituriyentlərin həddi keçmək şansını qoruyub saxlaması vacibdir.

Bütün imtahanların nəticələri açıqlandıqdan sonra apellyasiya müraciətlərinə başlanılacaq. Müraciətlər elektron qaydada onlayn.naec.ge saytında qəbul edilir”, – Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzinin məlumatında qeyd olunur.