Milli Qida Agentliyi ölkə miqyasında qış kurortlarında ictimai qida obyektlərini yoxlayır.
Agentliyin məlumatına görə, Tbilisi və Samtsxe-Cavaxeti bölgə xidmətinin müfəttişləri, rotasiya prinsipi ilə, Borcomi munisipalitetində (Borcomi şəhəri, Daba Bakuriani, Axaldaba) mehmanxanalar, restoranlar və kafe-barları yoxladılar. Paralel olaraq qeydiyyatdan keçmiş biznesoperatorların bazası da yoxlanıldı.
Milli Qida Agentliyinin bəyanatına görə, dövlət nəzarəti 74 obyektə həyata keçirildi, buradan aşkar olunan pozuntulara görə 46-sı cətimələndi.
Agentliyin nümayəndələri biznesoperatorlara qanunvericiliklə nəzərdə tutulmuş zəmanətlə verdilər. İstifadəçilərin maraqlarının müdafiəsi məqsədi ilə, ictimai yerlərdə Milli Qida Agentliyinin qaynar xətti nömrəsi yerləşdiriləcək.
Milli Qida Agentliyi qış kurortlarında ictimai qida obyektlərini sistematik olaraq yoxlayır.
Milli Qida Agentliyi və Milli Turizm Agentliyi arasında 2017-ci ilin may ayında memorandum imzalandı.