Milli Qida Agentliyi-təbii fəlakət zonası olan Şovidə heyvanların basdırılması qaydalara uyğun aparılacaq və epidemiyanın yayılma təhlükəsi yoxdur
Şovidə təbii fəlakət zonasından çıxarılan heyvanların basdırılması tam qaydalara riayət olunmaqla həyata keçiriləcək-bu barədə Milli Qida Agentliyi məlumat yayır.
Milli Qida Agentliyinin rəis müavini Vasil Basiladzenin qeyd etdiyi kimi, epidemiyanın yayılması təhlükəsi yoxdur.
“Milli Qida Agentliyi likvidasiya işlərində iştirak edən struktur və xidmətlərlə daim əlaqədədir. Birmənalı şəkildə demək olar ki, hər hansı epidemiyanın yayılması təhlükəsi və ya riski yoxdur. Ölü heyvanlar baytarlıq qaydalarına tam riayət olunmaqla və yerli hökumətlə əməkdaşlıq əsasında basdırılacaq. Lazım gələrsə, qurum dezinfeksiya işləri aparacaq. Milli Qida Agentliyi nəzarətçi orqan olaraq yerli özünüidarə ilə məşğul olur və tapılan heyvanların tam qaydalara uyğun basdırılmasına nəzarəti təmin edəcək”, – Vasil Basiladze bildirib.