Milli Folklor Festivalı 2022 başa çatıb
Milli Folklor Festivalı 2022 başa çatıb

 

Milli Folklor Festivalı 2022 başa çatıb. Dövlət Folklor Mərkəzindən verilən məlumatda xalq musiqisi və xanəndəlik, xoreoqrafiya, şifahi və təsviri sənət sahələri üzrə laureatların müəyyən edildiyi deyilir.

Gələn həftədən laureatların mükafatlandırılmasına başlanacaq və yekun konsertlər keçiriləcək.

“İlk axşam Tumanişvili Teatrında dekabrın 6-sı saat 19:00-a təyin edilib. Anzor Erkomaişvili adına Dövlət Folklor Mərkəzinin şifahi xalq yaradıcılığı şöbəsinin rəhbəri Eter Tataraidze Milli Festivalın şifahi xalq yaradıcılığı üzrə laureatlarını ictimaiyyətə təqdim edəcək.

Konsertdə həmçinin “Pankisi”, “Çxorotsğu” , “Odila” ansamblları, “Eroba” folklor ansamblı, “Musikeli” xalq mahnı ansamblı, “Kolxa” folklor ansamblı və “Didqori” folklor ansamblı iştirak edəcək. “Didqori” ansamblının üzvü, svan nəğmələrinin xüsusi ifaçısı, 94 yaşlı Joto Arğvliani festivalın ən ahıl iştirakçısıdır. Dekabrın 7-də saat 19:00-da xoreoqrafiya istiqaməti üzrə laureat ansamblların konserti, dekabrın 13 və 14-də isə xalq musiqisi və xanəndəlik istiqamətində laureat ansamblların Rustaveli Milli Teatrının böyük və kiçik səhnələrində axşamları nəzərdə tutulub” -deyə Dövlət Folklor Mərkəzinin məlumatında deyilir.

Milli Folklor Festivalı 2022-ci il boyu keçirilirdi və Gürcüstanın bütün bölgələrini əhatə edib. Layihənin təşkilatçısı Anzor Erkomaişvili adına Dövlət Folklor Mərkəzidir. Dövlət Folklor Mərkəzində bütün yekun konsertlərin Gürcüstanın katolikos-patriarxı II İlianın anadan olmasının 90 illiyinə və taxta çıxmasının 45 illiyinə həsr olunduğunu açıqlayırlar. Layihə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin dəstəyi ilə həyata keçirilir.