Milli Ətraf Mühit Agentliyi-İyulun 29-u səhərədək Gürcüstanda qısamüddətli yağış yağacaq
Gürcüstanda şimşək çaxacaq, qısamüddətli yağış iyulun 29-u səhərədək davam edəcək-bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Onların məlumatına görə, Gürcüstanın şərqində bəzi yerlərdə dolu və güclü küləyin əsəcəyi ehtimalı var.
“İyulun 29-da səhər saatlarında yağış yağmağa başlayacaq, avqustun 1-dək Qərbi Gürcüstanda yağmursuz hava olacaq. Qərbi Gürcüstanda havanın temperaturu +26, +31 dərəcəyə enəcək.
Gürcüstanın şərqində sabahdan yalnız bəzi ərazilərdə yağış yağacaq. Havanın temperaturu 32, 37 dərəcə isti olacaq, iyulun 29-31-də isə 3-4 dərəcə aşağı enəcək.
Avqustun 1-dək Tbilisidə şimşək çaxacaq, qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək. İyulun 28-29-da güclü külək əsəcək”, -Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.