Milli Ətraf Mühit Agentliyi- avqustun 30-u günün ikinci yarısına qədər Gürcüstanın şərqində güclü yağış, dolu yağacağı və küləyin əsəcəyi ehtimalı qorunub saxlanılır
Avqustun 30-u günün ikinci yarısına qədər Gürcüstanın şərqində güclü yağış, dolu yağacağı və küləyin əsəcəyi ehtimalı qorunub saxlanılır -bu barədə Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilir.
Onların verdiyi məlumata görə, çaylarda sululuğun artması, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlaması-aktivləşməsi mümkündür.
“Avqustun 30-da günün ikinci yarısınadək Şərqi Gürcüstanın rayonlarında bəzi yerlərdə intensiv yağış olacağı, dolu düşəcəyi, küləyin əsəcəyi ehtimalı qorunub saxlanılır , bu da qeyd olunan ərazinin çaylarında sululuğun əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlaması- aktivləşməsinə səbəb ola bilər”, – məlumatda qeyd olunur.