Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, avqustun 25-26-da Gürcüstan ərazisində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, avqustun 25-26-da Gürcüstan ərazisində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir

Avqustun 24-də günün ikinci yarısından Gürcüstanın dağlıq və yüksək dağlıq rayonlarında, avqustun 25-dən 26-sı günün birinci yarısına qədər isə Gürcüstanın əksər ərazilərində qısamüddətli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, külək əsəcəyi gözlənilir.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Gürcüstan çaylarında gözlənilən leysan yağışları suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına-aktivləşməsinə səbəb ola bilər.