Milli Ətraf Mühit Agentliyi - cari həftədə havanın temperaturu 2-3 dərəcə aşağı enəcək, lakin ölkə ərazisi isti dalğasının təsiri altında qalacaq
Cari həftə ərzində ölkə ərazisində havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə aşağı enəcək, lakin ölkə ərazisi isti dalğasının təsiri altında qalacaq-deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.
Bəzi günlərdə Qərbi Gürcüstanın aran rayonlarında havanın temperaturu 34°C, 36°C, Şərqi Gürcüstanın aran rayonlarında 35°C, 37°C-ə çata bilər.
Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir ki, gözlənilən yüksək temperatur meşə yanğınları və buzlaqların əriməsi ilə bağlı proseslərin aktivləşməsi üçün əlverişli şəraitdir.