Milli Ətraf Mühit Agentliyi - iyulun 26-30-da keçirilən monitorinqlərin nəticələrinə görə, Qara dənizin suyunun keyfiyyəti norma daxilindədir
Milli Ətraf Mühit Agentliyinin iyulun 26 və 30-da apardığı monitorinqlərin nəticələrinə əsasən, Qara dənizin suyunun keyfiyyəti norma daxilindədir. Məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.
Onların məlumatına görə, tədqiqat zamanı kimyəvi parametrlər, o cümlədən 13 ağır metal, ümumi neft karbohidrogenləri, 16 poliaromatik karbohidrogen və digər fiziki-kimyəvi göstəricilər müəyyən edilib.
“Milli Ətraf Mühit Agentliyi 9 stansiyada 10 gündə bir dəfə Qara dənizin suyunun keyfiyyətinə nəzarət edib. İyulun 10-dan Anakliya-Qanmuxuri sahəsinin 3 məntəqəsi stansiyaların sayına əlavə edilib. Alınan nümunələrdə 59 parametrin dəyəri müəyyən edilir.
Nümunələr analiz üçün Milli Ətraf Mühit Agentliyinin yüksək dəqiqlikli analitik alətlərlə təchiz olunmuş, müasir tələb və standartlara tam cavab verən atmosfer havası, su və torpaq analizləri üzrə akkreditə olunmuş laboratoriyasına göndərilir. Monitorinqin məlumatları açıqdır”, – deyə agentliyin məlumatında bildirilir.