Milli Ətraf Mühit Agentliyi - ilkin qiymətləndirməyə görə, Şiomğvime monastırının şimalındakı yamacda müxtəlif tərkibli kütlənin ani çökməsi baş verib, bu mərhələdə təhlükə minimaldır
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyinin bir qrup geoloqu Şiomğvime monastırının yaxınlığındadır və qaya kütləsinin çökməsi proseslərini yerində qiymətləndirir. Məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.
Agentliyin məlumatına görə, ilkin qiymətləndirməyə əsasən, Şiomğvime monastırının şimalındakı sıldırım yamacda müxtəlif tərkibli kütlənin (qum daşları, konqlomeratlar) ani çökməsi baş verib.
“Uçmuş kütlə yaxınlıqdakı dərəyə aşıb. Bu mərhələdə təhlükə minimaldır. Bütün müvafiq xidmətlər əraziidədir. Ən qısa müddətdə sözügedən ərazidə əlavə geoloji tədqiqatlar aparılacaq”, -Milli Ətraf Mühit Agentliyindən bildirilib.