Milli Ətraf Mühit Agentliyi - Gürcüstanın Qara dəniz akvatoriyasında suyun keyfiyyəti norma daxilindədir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Aralıq dəniz üzrə Baş Balıqçılıq Komissiyasının (GFCM) dəstəyi ilə Bolqarıstanın Burqas şəhərində keçirilən subregional qrupun iclasında bolqar mütəxəssislər bu sahədə Qara dənizdə aparılan tədqiqatlar və nəticələr haqqında gürcü həmkarları ilə məlumat paylaşıblar. Məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.
Agentlikdən verilən məlumata əsasən, müşahidələr nəticəsində həm Bolqarıstan, həm də Gürcüstanın Qara dəniz sularında suyun keyfiyyəti, o cümlədən ümumi neft karbohidrogenləri, ağır metallar və digər kimyəvi göstəricilərin norma daxilində olduğu qeyd edilib.
“Bolqarıstanın Burqas şəhərində baş tutmuş balıq ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı görüş Qara dənizdə bioloji ehtiyatların saxlanması və davamlı balıqçılığın təşviqi məqsədi daşıyırdı. Qeyd etmək vacibdir ki, ehtiyatların hərtərəfli qiymətləndirilməsi balıqçılıq sahəsinin davamlı inkişafına töhfə verir”, – deyə agentlik qeyd edib.