Milli Ətraf Mühit Agentliyi - Gürcüstanın bəzi rayonlarında, eləcə də paytaxtda atmosfer havasında bərk hissəciklərin artması müşahidə olunur, bu da əsasən transsərhəd çirklənmə ilə bağlıdır
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Gürcüstanın bəzi rayonlarında, eləcə də paytaxtda iyulun 9-da atmosfer havasında bərk hissəciklərin (PM10, PM2.5) artması müşahidə olunur, bu da əsasən transsərhəd çirklənmə ilə bağlıdır və cənubdan və cənub-şərqdən səhra toz kütlələrinin yayılması nəticəsində yaranır.
“Qeyd edilməlidir ki, transsərhəd çirklənmə il ərzində müəyyən günlərdə analoji sinoptik vəziyyət zamanı qeydə alınır”- Milli Ətraf Mühit Agentliyində bildirirlər.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin davamlı monitorinqini davam etdirirlər.