Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin proqnozlarına görə, martın 19-dan martın 20-si günün ikinci yarısınadək Gürcüstanda yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.
“Gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə proseslərinin formalaşmasına-aktivləşməsinə, yüksək dağlıq bölgələrdə isə qar uçqunlarının yaranmasına səbəb ola bilər. Görmə məsafəsinin pisləşməsi və qar uçqunu təhlükəsi ilə əlaqədar avtomobil yollarının müəyyən hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər”- Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.