Milli Ətraf Mühit Agentliyi - gözlənilən leysan yağışları çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin aktivləşməsinə səbəb ola bilər
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Agentlikdən verilən məlumata görə, avqustun 18-i və 19-da günün ikinci yarısından başlayaraq Gürcüstan ərazisində, xüsusilə Qafqazın şimal dağlıq rayonlarında qısamüddətli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin əsəcəyi gözlənilir.
“Gözlənilən leysan yağışları suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.