Milli Ətraf Mühit Agentliyi - geoloqlar Ksani küçəsi yaxınlığındakı qayanın uçmasını operativ qiymətləndirəcək və rəy hazırlayacaqlar, bunun əsasında tədbirlər görüləcək
Milli Ətraf Mühit Agentliyi Tbilisinin Ksani küçəsi yaxınlığında qayanın uçmasını operativ qiymətləndirəcəklərini və rəy hazırlayacaqlarını bildirir.
Onların verdiyi məlumata görə, qeyd olunan nəticə əsasında təxirəsalınmaz və qabaqlayıcı tədbirlər görüləcək.
“Cari ilin avqustun 17-də Tbilisi-Senaki-Leselidze dəmir yolunun dəhlizində, Tbilisi şəhərinin Didube-Avçala kəsişməsində Ksani küçəsi yaxınlığında qaya uçqunu baş vermiş, nəticədə dəmir yolunun hərəkəti müvəqqəti olaraq pozulmuşdu. Milli Ətraf Mühit Agentliyinin bir qrup geoloqu mövcud vəziyyəti yerindəcə qiymətləndirib. Agentliyin mütəxəssisləri tərəfindən verilən tövsiyələr əsasında təmizlik tədbirləri həyata keçirilib. Milli Ətraf Mühit Agentliyinin geoloqları qaya uçqununu operativ şəkildə qiymətləndirəcək və nəticə çıxaracaqlar. Sözügedən nəticəyə əsasən aidiyyəti xidmətlər tərəfindən təxirəsalınmaz və qabaqlayıcı tədbirlər görüləcək”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.