Milli Ətraf Mühit Agentliyi dekabrın 26-dək Gürcüstanda havanın yağmurlu keçəcəyi, çovğun və qar uçqunu təhlükəsinin gözlənildiyinə dair məlumat yayır
Milli Ətraf Mühit Agentliyi dekabrın 26-dək Gürcüstanda havanın yağmurlu keçəcəyi, çovğun və qar uçqunu təhlükəsinin gözlənildiyinə dair məlumat yayır

 
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozlarına görə, dekabrın 23-ü günün ikinci yarısından dekabrın 26-dək Gürcüstanda meteoroloji şəraitin pisləşəcəyi gözlənilir.

“Belə ki, yağış yağacağı, bəzi yerlərdə güclü küləyin əsəcəyi, dağlıq və yüksək dağlıq ərazilərdə güclü qar yağacağı, duman, çovğun və qar uçqunu təhlükəsi gözlənilir, dənizdə altı bala qədər güclü fırtına ola bilər.

Magistral yolların bəzi hissələrində güclü qar, görmə məsafəsinin pisləşməsi, çovğun və uçqun təhlükəsi ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər. Qərbi Gürcüstan çaylarında gözlənilən güclü yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər” – agentliyin məlumatında qeyd olunur.