Milli Bankın məlumatına əsasən, noyabr ayında qeyri-bank və müddətli əmanətlərin həcmi artıb
Milli Bank əmanətlərin cari tendensiyalarının noyabr ayı üzrə göstəricilərini dərc edir.
Hesabata əsasən, 2023-cü ilin noyabr ayının sonuna bank sektorunda qeyri-bank əmanətlərinin həcmi 50,42 milyard lari təşkil edib ki, bu da əvvəlki ayın göstəricisindən 1,17%-lə (581,85 milyon lari) çoxdur.
Mərkəzi Bankın məlumatına əsasən, noyabrda əvvəlki ayla müqayisədə müddətli əmanətlər 27,80 milyon lari – 0,14%-lə, müddətsiz əmanətlər isə 554,05 milyon lari və ya 1,86%-lə artıb.
Qeyd edək ki, əmanətin lariləşdirmə əmsalı 49,25 faiz, rezidentlərin əmanətlərinin lariləşdirmə əmsalı isə 56,2 faiz təşkil edib.