Milli Bankın göstəriciləri ilə, 2019-cu ildə turizmdən gəlir 1.4 faizlə artdı
Gürcüstan Milli Bankının göstəriciləri ilə, 2019-cu ildə turizmdən gəlirlər keçən il ilə müqayisədə, 1.4 faizlə artdı və 3 milyard 268 milyon dollara çatdı. 2018-ci ildə qeyd olunan göstərici 3 milyard 222 milyon dolları təşkil edirdi.
Bankın göstəricilərinə görə, cari ilin əvvəlində turizmdən olan gəlirlər artırdı, halbuki Moskvanın aviansanksiyalarının işə düşməsindən sonra, iyul-sentyabrda göstəricilərin azalması qeydə alındı. Turizmdən gəlirlərin artımı oktyabrdan bərpa olundu.
Milli Turizm administrasiyasının göstəriciləri ilə, 2019-cu ildə Gürcüstanda beynəlxalq vizitorların sayı 9 milyonu aşdı.